Sabah yağış yağacaq – PROQNOZ

Oxunma vaxtı:40 Saniyə

Azərbaycanda yanvarın 29-da havanın arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 80-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Loading

Next Post

Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvada səfərdədir

Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvaya gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Suriya liderinin təyyarəsi “Vnukovo” hava limanına enib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Əhməd əl-Şaraa işgüzar səhər yeməyi və ayrıca görüş çərçivəsində danışıqlar aparacaqlar. Xatırladaq ki, bu, Əhməd əl-Şaraanın Rusiyaya […]