Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Oxunma vaxtı:39 Saniyə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 308 nəfərdən ibarət 83 ailə köçürülüb. Bakı şəhərindən – 77 ailə (292 nəfər); Bərdə rayonundan – 2 ailə (9 nəfər); Sumqayıt şəhərindən – 1 ailə (3 nəfər). Mingəçevir şəhərindən – 1 ailə (2 nəfər); Ağcabədi rayonundan – 1 ailə (1 nəfər); Gəncə şəhərindən – 1 ailə (1 nəfər) köçürülüb.

Cəmi 405 nəfərdən ibarət 103 ailə köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Loading

Next Post

Prezident təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım etdi - Foto

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edilib.Həmin paylaşımı təqdim edirik: