Vyaçeslav Volodin: Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Oxunma vaxtı:23 Saniyə

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı Vyaçeslav Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Problemin sülh yolu ilə həllinin tərəfdarıdır.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Avropa İttifaqının xüsusi nümayəndəsini salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, sizi görməyə çox şadam. Bir neçə aydan sonra siz qayıtmısınız, əlbəttə ki, bu, pandemiyaya görə olmuşdur. Lakin karantin rejiminin yüngülləşdirilməsindən sonra […]