Azərbaycanla Ruanda arasında təhsil sahəsində saziş təsdiqlənib

Oxunma vaxtı:24 Saniyə

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ruanda Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş 2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanıb.

Loading

Next Post

Rusiyanın Dneprə hücumu nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 40-a çatıb

Rusiya qoşunlarının Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində 4 nəfər ölüb, daha 40 nəfər yaralanıb. Bu barədə Dnepr meri Boris Filatov və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının səlahiyyətlərini icra edən Vladislav Qayvanenko bildirib. “Dneprdə xəsarət alanların sayı 40 nəfərə çatıb. Onların böyük əksəriyyəti xəstəxanalardadır, 11 yaralının vəziyyəti ağırdır. Dörd nəfərin ölümü […]