Prezident: Azərbaycanın şəhərsalmada təcrübəsi beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır

DogruSozTv Az
Oxunma vaxtı:38 Saniyə

Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində deyilir.

“Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır”, – Prezident bildirib.

Dövlət başçısı 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarının Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisi olduğunu qeyd edib:

“Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək”.

Loading

Next Post

Zelenski Odessada hərbi administrasiya yaradıb

Ukrayna Prezidenti Volodimir Zelenski Odessa şəhər hərbi administrasiyasının yaradılması haqqında əmr imzalayıb. Bu barədə Ukrayna KİV-ləri Prezidentin müvafiq fərmanına istinadən məlumat yayıb. Yeni yaradılan rayon administrasiyasına əvvəllər Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri vəzifəsində çalışmış Sergey Lısak başçılıq edəcək. Onun yerinə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbərinin birinci müavini vəzifəsində çalışmış Vladislav […]