Filippində baş verən zəlzələdə ölənlərin sayı 72-yə çatıb

DogruSozTv Az
Oxunma vaxtı:39 Saniyə

Filippinin Sebu vilayətində baş vermiş zəlzələdə həlak olanların sayı 72-yə yüksəlib, xəsarət alanların sayı isə 294 nəfərdir.

Bu barədə “GMA News” telekanalı Təbii Fəlakətlərin Qarşısının Alınması və Nəticələrinin Yüngülləşdirilməsi üzrə Milli Şuraya istinadla xəbər verib.

Məlumata əsasən, Sebunun şimalında baş vermiş zəlzələ 170 min insanın həyatına təsir edib, onlardan təxminən 20 min nəfər evlərini tərk etməyə məcbur qalıb.

Yeraltı təkanlar nəticəsində bəzi binaların dağılıb.

Xatırladaq ki, 6.9 bal gücündə yeraltı təkanlar çərşənbə axşamı yerli vaxtla saat 21:59-da (Bakı vaxtı ilə 17:59) qeydə alınıb. Daha sonra 1-dən 5 baladək gücə malik 2300-dən çox afterşok qeydə alınıb.

Sebu vilayətində fövqəladə vəziyyət elan olunub. Ən çox insan itkisi vilayətin şimalında yerləşən, 90 min nəfər əhalisi olan Boqo şəhərində, eləcə də San-Remixio və Medellində qeydə alınıb.

Loading

Next Post

"Sumud"un Qəzzaya yardımı – Qretanın zolağa səfəri, HƏMAS-a dəstəyi - ŞƏRH

İsrail “Global Sumud Donanması”nın 44 gəmisindən 13-nü saxlayıb. Aksiya iştirakçıları Qəzza zolağına humanitar yardım çatdırmaq təşəbbüsü ilə çıxış edirlər. Onlar iddia edirlər ki, İsrail tərəfindən blokadaya alınan bölgədə humanitar fəlakət hökm sürür, dinc sakinlər aclıq keçirir və s.“Qlobal Sumud Donanması” üzrə hazırlıq işləri bu il avqustun 31-də İspaniyada tamamlanıb və […]