Salyan rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq

Oxunma vaxtı:28 Saniyə

Bu gün Salyan rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu gün diametri 315 mm-lik PE “Təzəkənd-Qarabağlı-Qırxçıraq” yeraltı orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar Salyan rayonunun 19 kəndində qaz olmayacaq.

“02.09.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Salyan rayonunun 19 kəndində – Pamıqkənd, Bəşirbəyli, Çadırlı, Qarabağlı, Kərimbəyli, Cavadlı, Gomuşlu, Kolanı, Xalac, Abad, Seydan, Parçaxalac, Piratman, Yolüstü, Yeni Uluxanlı, Varlı 1, Varlı 2, Peyk, Düzənlik kəndlərində və Qaraçala, Qırxçıraq qəsəbələrində (ümumi 8405 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır”, – məlumatda qeyd olunur.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,8 ABŞ dolları və ya 1,15% artaraq 70,54 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,74 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin […]