Balakəndə avtoqəza baş verib, iki nəfər ölüb

Oxunma vaxtı:15 Saniyə

Balakəndə yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qullar kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və başqa bir tikiliyə çırpılıb. Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə “Report”a onun oğlu Yaşar Babayev məlumat verib. Y.Babayev qeyd edib ki, atasının vəziyyəti ağırlaşıb və tibb müəssisəsinə yerləşdirilib: “Həkimlər əllərindən gələni edir. Bu gün təcili tibbi yardım maşını ilə Bakıya aparacağıq”.