Birinci vitse-prezident Mehriban Əliyeva: Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm!

Oxunma vaxtı:26 Saniyə

Birinci vitse-prezident Mehriban Əliyeva doğum günü ilə bağlı ünvanlanan təbriklərə görə təşəkkür edib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində edilən paylaşımda deyilir:

“Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”

Birinci vitse-prezident Mehriban Əliyeva: Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Beynəlxalq təşkilatlar məktəblərdə uşaqların koronavirusdan müdafiəsi ilə bağlı birgə təlimat dərc edib

Tədris müəssisələrinin fəaliyyətinin bərpa olunmasının sosial nəticələrinin dəyərləndirilməsi COVID-19 pandemiyası ilə mübarizə kontekstində məktəblərin necə və nə vaxt qismən açılması və ya bağlanması barədə qərarın qəbulu zamanı nəzərə alınmalı olan amillərdən biridir. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər. ÜST, UNICEF, Qızıl Xaç və Qızıl Aypara […]