Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib – YENİLƏNİB

Oxunma vaxtı:22 Saniyə

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

12:39
Suriya Prezidenti Əhməd əl-Şaraa Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə “Report” Suriyanın “Sana” agentliyinə istinadən xəbər verir.

Loading

Next Post

İsraillə müharibədən sonra həbs edilən bəzi İran vətəndaşları casusluqda ittiham olunur

İsraillə müharibədən sonra həbs olunan bir sıra İran vətəndaşları casusluqda ittiham olunur. Bu barədə İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir bildirib. Əsgər Cahangir bir neçə nəfərin casusluq ittihamı ilə həbs edildiyini və onların işlərinə baxıldığını bildirib: “Həbs edilənlərdən bəziləri casusluqda ittihamı olunur və onların işlərinə növbədənkənar baxılacaq”. O, […]