Rusiya XİN: “3+3” formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik

Oxunma vaxtı:29 Saniyə

Rusiya “3+3” formatını Cənubi Qafqaz regionunda qarşılıqlı əlaqələrin artırılması, ölkələr və iştirakçılar arasında qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl və harmonik əməkdaşlığın təmin edilməsi üçün vacib hesab edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə IV departamentinin direktor müavini Dmitri Masyuk “Maşuk” bilik mərkəzində Qorçakov Fondunun “Qafqaz dialoqu” elmi-təhsil proqramının açılışında bildirib.

“Gələcəkdə bu formatı Avrasiya təhlükəsizlik arxitekturasının dayaq elementlərindən biri kimi nəzərdən keçiririk. Əminik ki, qapıları açıq qalan Gürcüstan da daxil olmaqla, bütün üzvlərin “3+3″ işində fəal iştirakı bütün regionun uğuru və rifahının təminatı olacaq”, – deyə o qeyd edib.

Loading

Next Post

 Ali Məhkəmə saxta pul işi üzrə qərar verib

Ali Məhkəmə dövriyyəyə saxta pul buraxılması ilə bağlı qərar verib. Qərar baxılan cinayət işi əsasında qəbul olunub. İşin hallarına görə, vətəndaş Bərdə şəhərində yerləşən evində beş ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasının təsviri olan, lakin üzərində “Etibarsızdır” yazısı olan, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələri ilə təchiz olunmamış, Mərkəzi […]