Lerik və Gədəbəyə yeni prokuror təyin edilib

Oxunma vaxtı:29 Saniyə

Lerikə yeni prokuror təyin edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək k i,2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə və şöbə prokuroru vəzifələrində işləyib.

Bundan başqa Baş Prokuror Kamran Əliyevin digər əmri ilə Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.

Loading

Next Post

Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq

İyunun 18-də saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki. aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə […]