İranın Ali Rəhbəri ölən generalların yerinə müvəqqəti təyinat edib

Oxunma vaxtı:16 Saniyə

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei İsrailin endirdiyi hava zərbələri nəticəsində ölən Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin yerinə təyinatlar həyata keçirib.

Həbibullah Səyyari ordunun müvəqqəti qərargah rəisi, Əhməd Vahidi isə “SEPAH”ın baş komandanı təyin edilib.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,28 ABŞ dolları, yaxud 1,77 % artaraq 73,45 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 70,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]