Bakıda 3 məktəb direktoru İŞDƏN ÇIXARILDI

Oxunma vaxtı:28 Saniyə

Paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Hər üç ümumi təhsil məktəbinin normal fəaliyyətinin təmin olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.

Qeyd edək ki, təhsil müəssisələrində monitorinqlər davamlı və ardıcıl olaraq həyata keçirilir.

Loading

Next Post

İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub

“Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”na əsasən, hər iki ölkənin hərbi qulluqçular yetişdirən xüsusi təyinatlı təhsil müəsisələrində təhsilin təşviqi məqsədilə uğur qazanaraq fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim olunur.Bu barədə […]