Azərbaycanda elektrik közərmə lampaları ilə bağlı qadağa qüvvəyə minib

Oxunma vaxtı:30 Saniyə

Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 11-də qəbul etdiyi qanunu təsdiqləyib. 

Dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Qadağa 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları üçün gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları üçün isə gələn il iyulun 1-dən qüvvəyə minəcək. 

Loading

Next Post

Kamran Əliyev yenidən Baş prokuror vəzifəsinə təyin edilib

Kamran Bayram oğlu Əliyev Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatdığından Milli Məclis bugünkü plenar iclasında onun yenidən həmin vəzifəyə […]