Sabah rayonlarda yağış yağacaq, şimşək çaxacaq

Oxunma vaxtı:42 Saniyə

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısamüddətə tutulacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Loading

Next Post

AFFA-nın icraçı vitse-prezidenti UEFA-nın İstanbuldakı tədbirinə qatılacaq

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev UEFA bu gün Türkiyənin İstanbul şəhərində keçiriləcək tədbirinə qatılacaq.  Bu barədə Milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.  Avropa futbol qurumunun qardaş ölkədə nümayəndəliyi fəaliyyətə başlayacaq. Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəsmilərinin iştirakı gözlənilir.