Bakının iki rayonunun qaz təchizatı dayandırılacaq

Oxunma vaxtı:30 Saniyə

Bu gün Bakının Pirallahı və Nəsimi rayonlarında bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb

Bildirilib ki, Pirallahı rayonununda qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni qurğular ilə əvəzlənməsi, Nəsimi rayonunda qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə aprelin 22-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Pirallahı rayonu üzrə Süleyman Bağırov və Fioletov küçələrinin, Nəsimi rayonu üzrə isə Ə.Qasımzadə, M.Topçubaşov, C.Məmmədquluzadə, H.Ələsgərov, N.Vəzirov, N.Yusifbəyli, Novruzov qardaşları, M.Sənani, Bakıxanov küçələrinin və Vaqif prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Hövsanda evdə partlayış olub, ölən və xəsarət alan var

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində evdə partlayış olub. Hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb. Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.