Azərbaycan və Latviya arasında vergi ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib

Oxunma vaxtı:19 Saniyə

Prezident İlham Əliyev Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumunu təsdiq edib. 

Sənəd bu il yanvarın 16-da Bakıda imzalayıb. 

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya hökumətinə bildiriş göndərməlidir. 

Loading

Next Post

Zaxarova: Fransa öz maraqları naminə Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır

Fransa Cənubi Qafqazda gərginliyi artırmaq niyyətini dəfələrlə nümayiş etdirib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, rəsmi Paris öz geosiyasi məqsədlərinə çatmaq üçün Cənubi Qafqazda gərginliyin saxlanılmasında maraqlıdır. “Bizim (rəsmi Moskva) Parisin Cənubi Qafqazda guya xoş niyyətləri barədə verdiyi təminatlara […]