Ceyhun Bayramov sloveniyalı həmkarını Ermənistanla sülh prosesi barədə məlumatlandırıb

Oxunma vaxtı:30 Saniyə

Sloveniyanın xarici işlər naziri Tanya Fayon Azərbaycanın Ermənistanla sülh prosesi barədə məlumatlandırılıb.

Bunu Bakıda mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, ikitərəfli görüş zamanı Qafqzda gedən proseslər müzakirə edilib.

“Həmkarıma Azərbaycan torpaqlarının işğaldan azad olunandan sonra bölgədə yaranan yeni imkanlar, fürsətlər barədə məlumat verdim. Sülh sazişi ətrafında gedən proseslər, mart ayında sülh sazişi mətni üzrə danışıqların yekunlaşması, Azərbaycan tərəfinin bu prosesin tam bitməsi üçün Ermənistandan legitim gözləntiləri barədə danışmaq imkanı oldu”.

Nazir qeyd edib ki, bu gözləntilər Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə davam edən ərazi iddiaları və tarixə qovuşmuş Minsk qrupunun tam ləğv olunmasını ehtiva edir.

Loading

Next Post

Onlar qəbul imtahanı üçün ödəniş etmirlər - SİYAHI

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat başlayıb. Proses mayın 1-dək internet vasitəsilə aparılacaq. Qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər […]