İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci xanım burada görülən işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunan fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.

Loading

Next Post

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - Foto

Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir azərbaycanlı həlak olub.Rusiya ordusunun sıralarından döyüşlərə qoşulmuş Xəlil Şamxal oğlu Mehdiyev aldığı xəsarətlərdən ölüb. X.Mehdiyev əslən Füzuli rayonundan olub.