Bakının Həsən Əliyev küçəsindəki dairədə maşınla hərəkət məhdudlaşdırılacaq

Oxunma vaxtı:25 Saniyə

Martın 17-də, saat 06:00-dan Bakının Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonunun Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının qarşısında) dairədə aparılan əsaslı yenidənqurma işləridir.

“Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına, tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Loading

Next Post

Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum olub

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə Saakaşvili iştirak etməyib. Sabiq prezidentin məhkəmədə iştirak etməməsinə səbəb səhhəti ilə bağlı olduğu bildirilsə də, vəkilləri bu barədə heç bir rəsmi arayış təqdim etməyib. Məhkəmə onun son söz […]