Xorvatiyanın Baş naziri: “Zaqreb və Bakı ticarət və investisiyaların həcmini artırmağı hədəfləyib”

Oxunma vaxtı:17 Saniyə

Xorvatiya-Azərbaycan biznes forumu Bakı və Zaqreb arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

Bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç sosial şəbəkə hesabında yazıb.

“Xorvatiya-Azərbaycan iqtisadi forumu ərəfəsində ölkəmizdə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirdik. Yaxşı səviyyədə olan siyasi və iqtisadi əlaqələri müzakirə etdik, məqsədimiz ticarət və investisiyaların həcmini daha da artırmaqdır”, – o bildirib.

Loading

Next Post

İstanbulda tarixi görüş - Rusiya ABŞ-la razılığa GƏLDİ

Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatları arasında keçirilən görüşdə iki ölkənin diplomatik missiyalarının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Görüş zamanı tərəflər arasında razılaşmalar əldə edilib. Görüş İstanbulda, Arnavutköy bölgəsində, Bosfor sahilində yerləşən ABŞ-ın baş konsulunun iqamətgahında keçirilib. Təxminən altı saat yarım davam edən müzakirələr mediaya qapalı şəkildə baş […]