Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Oxunma vaxtı:26 Saniyə

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermədir.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçiriləcək.

Bələdiyyə seçkiləri üçün məntəqələr yanvarın 29-u səhər saat 8:00-da açılır, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günü kimi təsbit edilib.

Loading

Next Post

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər üçün yola düşüb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, […]