Şəmkirdə ağır avtoqəza olub, ölənlər var

Oxunma vaxtı:43 Saniyə

Şəmkirdə ağır avtomobil qəzası olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Polis əməkdaşları hadisə yerinə cəlb olunub, yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks zolağa daxil olub. Qarşıdan gələn Şəmkir rayon sakini, 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşma nəticəsində “VAZ-2106″nın sürücüsü və həmin avtomobildə olan sərnişin – Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin “Niva” markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini, Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev, eləcə də hələlik kimliyi istintaqa məlum olmaya daha bir nəfər ölüb.

“VAZ-2106″da olan digər sərnişin – 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Loading

Next Post

Rəşad Nəbiyevin Qusardakı vətəndaş qəbulunun vaxtı növbəti dəfə dəyişdirilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin yanvarın 27-də Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı yanvarın 31-nə dəyişdirilib. Nazir vətəndaşları Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 09:00-da qəbul edəcək. Qəbula yanvarın 24-nə qədər nazirliyin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 […]