Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

Oxunma vaxtı:34 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,15 ABŞ dolları, yaxud 0,19 % artaraq 79,63 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 77,33 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Loading

Next Post

Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

“Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsində həyatını itirmiş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib. Bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliklərinin […]