Fransalı nazir: 2024-cü ildə ölkədə doqquz terror aktının qarşısı alınıb

Oxunma vaxtı:42 Saniyə

Fransa xüsusi xidmət orqanları respublika ərazisində planlaşdırılan doqquz terror hücumunun qarşısını alıb.

Bu barədə Fransanın daxili işlər naziri Bruno Retayo “Le Parisien” qəzetinə müsahibəsində bildirib.

“Təhlükə heç vaxt bu qədər real olmayıb. 2024-cü ildə xüsusi xidmət orqanlarımız ölkə ərazisində islamçılar tərəfindən törədilməsi planlaşdırılan ən azı doqquz terror aktının qarşısını alıb, onlardan üçünün bilavasitə Olimpiya Oyunları zamanı törədilməsi nəzərdə tutulmuşdu. Bu, 2017-ci ildən bəri qarşısı alınan terror aktları üzrə ən yüksək göstəricidir”, – o qeyd edib.

Nazir radikal islamçılara qarşı mübarizəni sərtləşdirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu kontekstdə terrorla bağlı maddələrlə cəza çəkdikdən sonra azadlığa çıxan vətəndaşlar böyük təhlükə yaradır: “2024-cü ildə belə şəxslərin sayı 84 nəfər olub, 2025-ci ildə isə 60-dan çox olacağı gözlənilir”.

B.Retayo onların radikal ideyalardan imtina etdiyinə inanmadığını vurğulayıb və bu şəxslərin fərdi müşahidə altında saxlanılacağına söz verib.

Loading

Next Post

Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası - ŞƏRH

Ermənistan cəmiyyəti, ermənilər kələfin ucunu itirib. Çünki illər uzunudur yalanlar, xülyalar, saxta tarix əsasında yaşayıb, tərbiyə olunublar. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan “Erməni tarixi”nin 2-ci cildinin birinci hissəsini oxuyub bitirdiyini deyərək, ondan alınacaq dərsdən danışıb: “Bu kitab Ermənistan Respublikasının maraqları baxımından hazırlanmayıb. Biz tarixdən bir dərs aldıq: real […]