Cari ilin yanvar-oktyabr aylarında doğulan və ölənlərin sayı açıqlanıb

Oxunma vaxtı:33 Saniyə

Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86 min 274 doğulan körpə qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

Bildirilib ki, doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub. Körpələrdən 2 min 800-ü əkiz, 108-i üçəm, 4-ü isə dördəm doğulub.

Həmçinin qeyd edilib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkədə 49 min 36 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.

Loading

Next Post

İlham Əliyev və Tatarıstanın Rəisi birgə nahar ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov birgə nahar ediblər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.