Sabah Culfanın bəzi kəndlərində işıq olmayacaq

Oxunma vaxtı:17 Saniyə

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Report”un yerli bürosunun məlumatına görə, 132/110/10 kilovoltluq sistem əhəmiyyətli “Culfa” yarımstansiyasında aparılacaq cari təmir işləri ilə əlaqədar dekabrın 14-də saat 10:00-dan 11:00-a qədər Culfa şəhəri, Yaycı, Gülüstan və Dizə kəndlərində elektrik enerjisinin verilişində qısa fasilə olacaq.

Loading

Next Post

Şənbə günü Bakıya sulu qar yağacaq - PROQNOZ

Azərbaycanda dekabrın 14-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qara keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində, sulu qara keçəcəyi gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə və […]