“Bütün gözləntilərin büdcə layihəsi ilə qarşılanması qeyri-mümkündür”

Oxunma vaxtı:34 Saniyə

2025-ci il dövlət büdcəsi layihəsi ölkənin strateji sənədlərinin tələblərinə cavab verir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər ƏmiraslanovAzər Əmiraslanov deyib. 

Deputat bildirib ki, bütün gözləntilərin növbəti il üçün müəyyən edilən büdcə layihəsi ilə qarşılanması qeyri-mümkündür.

“Büdcə təkmilləşir. 2025-ci ilin büdcə zərfində makroiqtisadi sabitlik, büdcə dayanıqlılığı iqtisadi siyasətin prinsipləri olaraq müəyyən edilir. Xərclər günün reallıqlarını nəzərə alır. Böyük Qayıdış proqramının maliyyələşdirilməsi bu ərazidə maliyyələşməyə öz layiqli töhfəsini verəcək. Büdcə vəsaitlərinin artırılması həm ölkəmizin təhlükəsizliyinə, həm də regionda sülh və sabitliyin qorunmasına xidmət edir. Növbəti il üçün planlaşdırılan dövlətr büdcəsi dövlət suverenliyimizin, milli maraqlarımızın qorunmasına xidmət edən qanun layihəsidir”, – o deyib.

Loading

Next Post

ABŞ-nin Azərbaycandakı səfiri istefa verdi

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi diplomatik xidmətdən istefa verib. Bu barədə ABŞ-nin Bakıdakı Səfirliyinin feysbuk hesabında səfirin adından bəyanat yayılıb. Onun səhhəti ilə bağlı problemlərə görə istefa verdiyi qeyd olunub. Həmin bəyanatı təqdim edirik: “ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd […]