Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

Oxunma vaxtı:36 Saniyə

Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü başlayıb.

Beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə tədris isə noyabrın 25-də olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olub.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olub. Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayıb və tam 17 gün – 25 noyabra qədər davam edəcək.

Loading

Next Post

Çavuşoğlu Azərbaycana gəlir - Tarix

Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. O, 5-6 dekabr tarixlərində Qərbi Azərbaycan İcmasının beynəlxalq tədbirində iştirak edəcək. Məlumatı Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli təsdiqləyib. O qeyd edib ki, tədbirdə 51 ölkədən 700 nümayəndə heyətinin iştirakı gözlənilir. “Burada Türkiyədən də […]