Next Post

Qəzada ölən Nazim 6 uşağına tək baxırmış... - Foto

Xəbər verdiyimiz kimi, ötən gün Astarada yük avtomobili tərəfindən vurulan rayon sakini vəfat edib. 44 yaşlı Nazim Baxşiyev 6 uşaq atası imiş. Fəhləlik edərək ailəsini dolandıran mərhumun həyat yoldaşı 3 il bundan əvvəl xəstəlik səbəbilə ölüb. Məktəbili və azyaşlı uşaqlarına isə Nazim Baxşıyev özü baxırmış.