Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı – Fərman

Oxunma vaxtı:25 Saniyə

İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.

İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2024-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87 milyon 700 min manat hesabına təmin ediləcək.

Maliyyə Nazirliyinə bu Fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Fond bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Loading

Next Post

Azərbaycana qarşı "səlib yürüşü": Bakı oyunları pozacaq - TƏHLİL

Son vaxtlar Azərbaycana qarşı təzyiqlər intensivləşib. Müxtəlif güclər, o cümlədən Fransa, ABŞ fərqli bəhanələrlə rəsmi Bakının nüfuzuna xələl gətirməyə çalışırlar. Onlar bu məqsədlə həm də Ermənistandan istifadə edirlər. İndiki məqamda hərbi-siyasi təxribatların artması təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan böyük bir beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə […]