Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı – Foto

Oxunma vaxtı:27 Saniyə

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı keçmiş səfiri Polad Bülbüloğluya Vladimir Putinin fərmanı əsasında “Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə” Aleksandr Nevski ordenini təqdim edib.

Təqdimat mərasimindən görüntüləri Rusiya mətbuatı bu gün yayıb.

P.Bülbüloğlu öz növbəsində onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkür edib.

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-24-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, 2024-ci ilin sentyabr 1-dən Azərbaycanın Qarabağ bölgəsindən Milli Məclisə millət vəkili seçilib.

Loading

Next Post

G7 liderləri Yaxın Şərqdəki böhranı müzakirə edəcək - Ev sahibi İtaliyadır

İtaliyanın baş naziri Corciya Meloni Yaxın Şərqdəki böhranı müzakirə etmək üçün G7 liderlərinin çağırışına ev sahibliyi edəcək. Bu barədə “Reuters” məlumat yayıb. Meloni kabinetinə bildirib ki, son hadisələr, o cümlədən İranın İsrailə raket zərbələri və Livanda artan qeyri-sabitliklə bağlı “dərin narahatlıq” var. Xatırladaq ki, İran İsrail ərazilərinə yüzlərlə raket atıb.