Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqləndi

Oxunma vaxtı:23 Saniyə

Prezident İlham Əliyev “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nı təsdiq edib.

Dövlət başçısı bununla bağlı yeni Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılmanın elektronlaşdırılmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Fərmanın 1-ci hissəsi gələn il yanvarın 1-dən qüvvəyə minir.

Loading

Next Post

Pakistanda helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb

Pakistanın şimal-qərbində rusiyalı ekipajı daşıyan helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə Pakistanın “Geo.TV” telekanalı məlumat yayıb.