Silahla ehtiyatsız davranan leytenant həlak olub

Oxunma vaxtı:16 Saniyə

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

APA-nın əldə etdiyi məlumata görə, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Loading

Next Post

YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub

Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub. Bu barədə partiyanın yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib. Xatırladaq ki, daha əvvəl Sahibə Qafarova VI çağırış Milli Məclisin sədri olub.