Paşinyan Bakıya dəvət edildi – Rəsmi

Oxunma vaxtı:36 Saniyə

 Ötən ilin dekabr ayında əldə olunmuş razılığa əsasən, Ermənistan tərəfi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə namizədliyini dəstəkləyib. Bunun əvəzində Azərbaycan tərəfi də Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib.

Bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a müsahibəsində deyib.

“Qarşıdan gələn noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcək. Bu məqsədlə Ermənistan daxil olmaqla, bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. Emənistanın Baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib”, – A.Hacızadə vurğulayıb.

Loading

Next Post

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Davamlı İnkişaf üzrə Regional Direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb. Müzakirələr zamanı Dünya […]