Nazirlər Kabineti büdcəyə artıq ödəmələrlə bağlı qərar verib

Oxunma vaxtı:27 Saniyə

Nazirlər Kabineti “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra, büdcəyə artıq ödəmələr işsizlikdən sığorta haqqı ilə bağlı borcların, hesablanmış faizlərin və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsinə yönəldilməyəcək. Eyni zamanda büdcəyə artıq ödəmələr məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldilməyəcək.

Loading

Next Post

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.