Bakıda güclü yanğın başladı – Yenilənir

Oxunma vaxtı:22 Saniyə

Bakının Suraxanı rayonu istiqamətində yanğın başlayıb.

Yenixeber.org xəbər verir ki, yanğından sonra yayılan qatı tüstü paytaxtın, demək olar, bütün ərazilərindən görünür.

İlkin məlumata görə, ərazidəki yanğın neft çənindən başlayıb.

***

FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Loading

Next Post

Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu

UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılır. Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürüb. Mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqiblərinin adına aydınlıq gələcək. Ağdam klubu 3-cü səbətdə yer alıb. Yarışda ilk dəfə Liqa formatı tətbiq olunacaq və 36 komanda iştirak edir. Yeni format üçün tarixdə ilk […]