Rəhman Mustafayev: Fransa milli televiziyası Pyer de Kubertenin çağırışını eşitməmiş kimi görünür

Oxunma vaxtı:19 Saniyə

Fransa milli televiziyası müasir oyunların banisi Pyer de Kubertenin çağırışını eşitməmiş kimi görünür.

Bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev paylaşım edib.

“Pyer de Kubertenin xəyalı idi ki, idman siyasəti, münaqişələri susdursun, Olimpiya məşəli parlasın. Lakin Fransa milli televiziyası müasir oyunların banisinin çağırışını eşitməmiş kimi görünür”, – o bildirib.

Qeyd edək ki, Pyer de Kuberten Beynəlxalq Olimpiya Komitəsinin banisidir və müasir Olimpiya Oyunlarının atası sayılır.

Loading

Next Post

Qadını fotolarla şantaj etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılaraq nalayiq ifadələr yazılması və silinməsi müqabilində ondan pul tələb olunması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən A.Ağayev […]