Naxçıvanda yeni təyinat

Oxunma vaxtı:22 Saniyə

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis təyin edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Cavid Muxtar oğlu Kəngərli MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, Cavid Kəngərli bundan əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb, müvafiq vəzifəyə təyinatadək isə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi olub.

Loading

Next Post

ABŞ-də siyasi səhnə marafonunda "qocalmış atları güllələyirlər" - Seçki amansızlığı – TƏHLİL

ABŞ Böyük Britaniyanın ən uğurlu layihəsidir. Ştatların bir çox özəlliyi var. Bir çox ölkələr də ona bənzəməyə çalışır. ABŞ-nin xeyir-duası olmadan beynəlxalq əhəmiyyətli layihələr ya reallaşmır, ya da çox çətinliklə həyata keçir. Beynəlxalq münasibətlərə və siyasətə təsir etdiyindən orada keçirilən prezident seçkisi də dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir. Bəlkə bu […]