Azərbaycan özünü etibarlı tərəfdaş kimi artıq sübut edib – Prezident

Oxunma vaxtı:26 Saniyə

“Şahdəniz” layihəsi qaza olan qıtlığı aradan qaldırdı.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

Bu gün Azərbaycanın qaz ixracının artdığını vurğulayan dövlət başçısı qeyd edib:

“Bizim ixracımız 24 milyard kubmetrdən artıq olacaq. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”.

Loading

Next Post

Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR

Azərbaycanda 2024-cü il üzrə qadınların pensiya yaşı dəyişir. Ölkədə 30 iyun 2024-cü ilədək kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq. 1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılacaq. Qeyd […]