Rusiyanın Ukraynadakı itkiləri 505 mini geridə qoydu

Oxunma vaxtı:30 Saniyə

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1300 hərbçisini itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 505 100 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 33 zirehli döyüş maşını, 37 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.(UNIAN)

Loading

Next Post

Prezident İlham Əliyev “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədri Rolli Van Rappardı qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.