İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib

Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev tacikistanlı həmkarı Emoməli Rəhmonu Bakıda keçiriləcək COP29-a dəvət edib.

Bunu İlham Əliyev prezidentlərin mətbuata bəyanatı zamanı deyib.

“Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər”, – dövlət başçısı bildirib.

Loading

Next Post

Xarici diplomatlar və hərbi attaşelərin Qarabağa növbəti səfəri başlayıb

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin mayın 24-də Qarabağa növbəti səfəri başlayıb. Laçına səfər edəcək diplomatik korpusun üzvləri Zəngilan Beynəlxalq Hava Limanına çatıblar. Buradan Laçına yola düşəcək iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri səfər çərçivəsində Laçında COP29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər. Həmçinin […]