VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib

Oxunma vaxtı:30 Saniyə

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarıının azad olunan ərazilərə səfəri başlayıb.

“Report”un Füzuliyə ezam edilmiş əməkdaşı xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanına düşən qonaqları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev qarşılayıb.

Onları forum çərçivəsində Ağdamda keçiriləcək “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyaya qatılacaqlar.

Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xarici İşlər Nazirliyinin (XİN) İdarə rəisi Qaya Məmmədov məruzə ilə çıxış edəcəklər.

Həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq, UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar, Mədəniyyət sektorunun direktoru Krista Pikkat və digər qonaqların məruzələri dinləniləcək.

Loading

Next Post

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti […]