İranda qadınların geyiminə nəzarət SƏRTLƏŞİR

Oxunma vaxtı:30 Saniyə

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehrandakı komandanı Həsən Həsənzadə qadınlar üçün sərt geyim qaydaları məsələsi ilə bağlı yeni hüquq-mühafizə strukturunun yaradıldığənı bəyan edib.

Yeni qurumun əməkdaşları qadınların ictimai yerlərdə hicab geyinməsini “daha ​​məsuliyyətli şəkildə” təmin etmək üçün xüsusi təlim keçiblər.

2022-ci ilin sentyabrında İranda düzgün hicab geyinmədiyi üçün əxlaq polisi tərəfindən saxlanılan tələbə Məhsa Əminin həbsdə ölməsindən sonra ölkədə kütləvi küçə etirazları başlayıb. Etirazlar bir neçə ay davam edib və son bir neçə onillikdə İranın mühafizəkar rəhbərliyi üçün ən ciddi çağırışlardan birinə çevrilib. Toqquşmalarda yüzlərlə insan həlak olub, minlərlə insan həbs edilib, bir neçə etirazçı edam edilib.

Loading

Next Post

Paşinyan delimitasiya ilə bağlı ikinci işçi qrupu yaratdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının nəzdində daha bir işçi qrupu yaradıb.   İşçi qrupuna Ermənistan Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Milli Təhlükəsizlik Xidməti, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi və Kadastr Komitəsinin nümayəndələri daxildir. Qrupun işinin koordinasiyası Ermənistan […]