Gürcüstan parlamentində deputatlar arasında dava olub

Oxunma vaxtı:20 Saniyə

Gürcüstan parlamentinin aprelin 15-də keçirilən iclasında deputatlar arasında dava olub.

“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın toplantısında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Parlament çoxluğunun lideri, deputat Mamuka Mdinaradze söz alaraq tribunaya çıxıb. O, danışan zaman müxalif Vətəndaşlar Partiyasının lideri, deputat Aleko Elisaşvili qəfildən tribunaya doğru gedib və M.Mdinaradzeyə yumruqla zərbə endirib.

Bundan sonra davaya digər deputatlar da qoşulub.

Loading

Next Post

Tiktoker Adəmin atası həbs olunub

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib. Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib. […]