Ağır qəzada ölənlərin kimliyi bilindi – Yenilənib

Oxunma vaxtı:52 Saniyə

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza maşın bazarının yaxınlığında qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı minik avtomobili ilə yük maşını toqquşub. İdarəetmədən çıxan minik maşını əvvəlcə işıq dirəyinə, sonra isə yük maşınına çırpılıb.
Hadisədə minik avtomobilinin sürücüsü və sərnişini ölüb. İki nəfər isə ağır xəsarət alıb.
Yaralılar əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Minik avtomobili deformasiyaya uğrayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.
***
Gecə saatlarında Yasamal rayonu ərazisində baş vermiş qəzada ölənlərin kimliyi müəyyənləşib.
 Belə ki, saat 22:30 radələrində Əliyev Asim Asiman oğlunun idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı avtomobil dairəvi yolda “Socar” YDM-nin qarşısında idarəetməni itirərək yolun əks istiqamətinə keçib. Avtomobil beton yol ayırıcının üstündəki işıq dirəyinə dəyib əks istiqamətli hərəkət hissəsinə çıxaraq öz yolu ilə hərəkətdə olan İrana məxsus “VOLVO FH PC24-4*2” TIR-a çırpılıb. Nəticədə “Chevrolet”in sürücüsü Əliyev Asim Asiman oğlu və həmin avtomobildə olan sərnişin Mikayılov Ruslan Maşallah oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Loading

Next Post

“Tapançanı satdım, sonra Elşən özü də tutuldu”

Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir. Yenixeber.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş Fazil Mustafanın göndərdiyi ərizə elan edilib. Millət vəkili ərizəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib. Prosesin davamında ikisi polis əməkdaşı olmaqla 4 nəfər şahid […]