Tokayev Füzuliyə getdi

Oxunma vaxtı:14 Saniyə

Azərbaycan Respublikasında dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna gedib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

Loading

Next Post

Prezidentlər Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin AÇILIŞINDA

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.