Britaniyalı nazir: “Azərbaycan-Ermənistan tarixi sazişinin imzalanacağına ümid edirik”

Oxunma vaxtı:24 Saniyə

Böyük Britaniya Ermənistan və Azərbaycan arasında tarixi sazişin imzalanacağına ümid edir.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti tviterdəki hesabında yazıb.

“Böyük Britaniya ümid edir ki, Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinə doğru dinamikanı qoruyub saxlamaq mümkün olacaq”, – Dokerti sosial şəbəkə hesabında yazıb.

Dövlət naziri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla bu mövzuda söhbət etdiyini bildirib. Dokerti bildirib ki, Böyük Britaniya regionun rifahı və təhlükəsizliyini dəstəkləyə bilər.

Loading

Next Post

Paşinyan: "Bu il Azərbayanla sülh müqaviləsi imzalana bilər"

Ermənistanın baş naziri Paşinyan: Azərbaycanla sülh müqaviləsi bu il bağlana bilər Bakı ilə Stepanakert arasında dialoq başlasa, Ermənistan bu il Azərbaycanla sülh müqaviləsi imzalaya bilər. TASS xəbər verir ki , bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib . Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasının bu […]