Prezident: “Əminəm ki, Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət proqramı tam icra ediləcək”

Oxunma vaxtı:39 Saniyə

“Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı qəbul edilən dövlət proqramı Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır və əminəm ki, tam icra ediləcək”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Bu proqramın ölkəmizin öz resurslarına əsaslandığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Proqramda Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan MR-da elektrik enerjisinin böyük hissəsi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur”. Azərbaycan Prezidenti, həmçinin deyib: “Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik”.

Loading

Next Post

Prezident: "Xarici şirkətin heç kimdən icazə almadan ikinci tullantı gölü qurması ciddi araşdırılmalıdır"

Gədəbəy hadisəsinin təbii səbəbi var idi. Xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyub, iş yerləri yaradıb. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər”. “Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib. “Amma […]